BolgeXeber.Com » İdman » "Qarabağ" "Linkoln"u qəbul edir

"Qarabağ" "Linkoln"u qəbul edir

30-07-2024, 10:51
Oxunub: 2 856
Bu gün UEFA Çempionlar Liqasıında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. 

Bolgə.TV xəbər verir ki, çempionumuz Bakıda Cəbəllütariq çempionu "Linkoln"u qəbul edəcək. Səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi cütün taleyini böyük ölçüdə həll edib.
"Qarabağ" növbəti mərhələdə "Dinamo" (Minsk) - "Ludoqorets" (Razqrad) cütünün qalibi ilə üz-üzə gələcək. Bolqarıstan çempionu ilk qarşılaşmanı 2:0 hesablı qələbə ilə başa vurub.
Qeyd edək ki, "Qarabağ" - "Linkoln" matçı saat 20:00-da start götürəcək.