BolgeXeber.Com » İdman » Paris-2024: Türkiyə millisi yarımfinalda!

Paris-2024: Türkiyə millisi yarımfinalda!

6-08-2024, 15:04
Oxunub: 2 224
Türkiyənin qadınlardan ibarət voleybol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.

Bolgə.TV xəbər verir ki, yığma 1/4 final mərhələsində Çin kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma qardaş ölkənin qələbəsi ilə bitib - 3:2 (23:25, 25:21, 26:24, 21:25, 15:12)
Beləliklə, Türkiyə millisi yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.