BolgeXeber.Com » İdman » “Qarabağ” - “Dinamo” oyunu bu hakimlərə tapşırıldı

“Qarabağ” - “Dinamo” oyunu bu hakimlərə tapşırıldı

26-08-2024, 12:22
Oxunub: 2 392
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

Bolgə.TV xəbər verir ki, görüş İngiltərədən olan hakimlər briqadasına həvalə edilib.
28 avqust
“Qarabağ” - “Dinamo” (Zaqreb)
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:45
Baş hakim: Michael Oliver
Baş hakimin köməkçiləri: Stuart Burt, Lee Betts
Dördüncü hakim: Chris Kavanagh
VAR hakimləri: Stuart Attwell, Timothy Wood
(Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Peter Sippel (Almaniya)
UEFA nümayəndəsi: Balázs Makray (Macarıstan)