İdmançımız finalda!
4-09-2024, 11:54
Oxunub: 2 488
Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
Bolgə.TV xəbər verir ki, S12 kateqoriyasında yarışan idmançı 100 metr məsafəyə sərbəst üsulla üzmədə bacarığını göstərib.
O, 54.21 saniyə ilə 15 idmançı arasında 4-cü yeri tutub. Beləliklə, təmsilçimiz həlledici raunda vəsiqə qazanıb.
Qeyd edək ki, R.Saley 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında gümüş medala sahib çıxıb.