BolgeXeber.Com » İdman » Bakıda "Formula" yarışına start verildi

Bakıda "Formula" yarışına start verildi

13-09-2024, 11:18
Oxunub: 3 120
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.
 
Bolgə.TV xəbər verir ki, yürüş 45 dəqiqə davam edəcək. Saat 13:30-dan 14:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.
 
Saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
 
Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.