Ulduz futbolçu azarkeşin köynəyini əlindən aldı
18-10-2024, 16:18
Oxunub: 2 696
Portuqaliya milli komandasının futbolçusu Luiş Nani azarkeşin köynəyini oğurlayıb.
Bolgə.TV xəbər verir ki, bu barədə azarkeş "Reddit" şəbəkəsində paylaşım edib. Azarkeş Naninin soyadı yazılmış Portuqaliya yığmasının futbolkasını 236 avroya alıb və daha sonra futbolçudan imza atmasını istəyib. Oyunçu köynəyə imza atdıqdan sonra onu avtomobilinin ön oturacağına qoyub və oradan uzaqlaşıb.
Nani düşünüb ki, bu onun Avro-2016-nın yarımfinal oyununda oğurlanan futbolkasıdır. Azarkeş Nanini öz əşyasını oğurlamaqda ittiham edərək, futbolçu barəsində polisə şikayət ərizəsi yazıb.