"Qarabağ" bu qapıçı ilə yollarını ayırır
1-01-2025, 16:44
Oxunub: 1 832
“Qarabağ” legionerlərindən birini göndərməyi planlaşdırır.
Bolgə.TV xəbər verir ki, Ağdam təmsilçisi Fabiyan Buntiçlə yollarını ayırmağa hazırlaşır. Belə ki, Şahruddin Məhəmmədəliyevin dönüşündən sonra qapıçıların sayı çoxalıb. O qədər də yaxşı performans sərgiləyə bilməyən Buntiçin “Qarabağ”dan göndəriləcəyi, ən pis halda icarəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, 27 yaşlı qolkiper 2024-cü il iyulun 1-də Ağdam klubuna keçib və o, 2027-ci il iyunun 30-na qədər bu komandaya məxsusdur.
Buntiç “Qarabağ”a qədər “İnqloştadt”, “Vizela” komandalarının qapısını qoruyub