BolgeXeber.Com » İdman » Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub, ölən var

Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub, ölən var

3-03-2025, 14:25
Oxunub: 2 136
Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub.
Bolgə.TV xəbər verir ki, hadisə rayonunun Ağrı kəndində qeydə alınıb.
Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Onlardan S.Bağırov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq  ölüb. 
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.