"Qarabağ"dan dava ilə bağlı açıqlama
10-03-2025, 17:56
Oxunub: 2 344
Baş məşqçimiz lazımi tədbiri görəcək.
Bolgə.TV xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Araz-Naxçıvan"la oyununda baş vermiş insidentlə bağlı danışarkən deyib.
O, məsələnin klubun baş məşqçisi Qurban Qurbanovun nəzarətində olduğunu bildirib:
"Baş məşqçi bununla bağlı açıqlama verib və bütün məsələlər onun səlahiyyətindədir. Klubun futbolçuları da tam olaraq Qurban Qurbanovun nəzarətindədir. Lazım olan nə tədbir varsa, baş məşqçi tərəfindən görüləcək".