BolgeXeber.Com » İdman » Ronaldo yayda "Real Madrid"ə qayıda bilər

Ronaldo yayda "Real Madrid"ə qayıda bilər

Dünən, 11:19
Oxunub: 288 Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubunda çıxış edən Kriştiano Ronaldo "Real Madrid"ə qayıda bilər.

Bildirilib ki, 40 yaşlı portuqaliyalı "Əl-Nasr"la bu mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməmək imkanını nəzərdən keçirir. Ronaldo Səudiyyə klubunun vəsiqə qazana bilmədiyi 2025-ci ildə keçiriləcək yeni Klublararası Dünya Çempionatında iştirak etmək istəyir.
FİFA iyunun 1-dən 10-a kimi klublararası dünya çempionatı zamanı xüsusi transfer pəncərələri açacaq və Ronaldo bir komanda ilə bir turnirlik müqavilə imzalamaq imkanı əldə edəcək. Daha əvvəl hücumçu ilə "İnter Mayami" və "Əl-Hilal"ın da maraqlandığı barədə məlumat yayılmışdı.           
Qeyd edək ki, Ronaldo bu mövsüm klubu və millisi ilə 40 matçda 34 qol vurub və 5 məhsuldar ötürmə edib.