Məşhur futbolçu öz qərarını necə verib?
13-05-2025, 11:56
Oxunub: 2 136
Barselona"nın hücumçusu Rafinya yaxın vaxtlarda Kataloniya klubu ilə yeni müqavilə imzalayacaq.
Bolgə.tv xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Tərəflər arasında yeni anlaşma 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Hazırda sözləşmənin detalları müzakirə olunur.
Qeyd edək ki, Rafinyanın "Barselona" ilə mövcud müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub