BolgeXeber.Com » İdman » Məşhur futbolçunun alacağı maaş açıqlandı

Məşhur futbolçunun alacağı maaş açıqlandı

23-05-2025, 16:12
Oxunub: 2 080 Barselona"nın vingeri Lamin Yamalın yeni müqaviləsinin detalları məlum olub.
Bolgə.tv xəbər verir ki, bu barədə italyan jurnalist Nikolo Şira məlumat yayıb.
Bildirilir ki, 17 yaşlı futbolçunun yeni müqaviləsi 2030-cu ilə qədər qüvvədə olacaq. Yeni razılaşmaya əsasən, Yamalın illik maaşı 9 milyon avro olacaq və bu məbləğ illər keçdikcə artaraq 18 milyon avroya çatacaq. Maaşa əlavə olaraq müxtəlif bonuslar da nəzərdə tutulub.
İspaniya La Liqasının cari mövsümündə Lamin Yamal 34 oyunda meydana çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. UEFA Çempionlar Liqasında isə o, 13 matçda 5 qol vurub və 3 assist edib