BolgeXeber.Com » BÖLGƏ TV » Ziya Məmmədovun kartından bir şey çıxmadı - (Video)

Ziya Məmmədovun kartından bir şey çıxmadı - (Video)

30-01-2014, 08:45
Oxunub: 6 234 Dayanacaqdan uzaqda yerləşən köşklərin isə kartların satışında, təlabatla problemləri var

95 və 10 nömrəli avtobuslarda gediş kartlarının istifadəsinə başlansa da, dayanacaqlarda apardığımız müşahidələr zamanı hansısa sərnişinin kartdan istifadə etdiyini görmədik. Sorğumuz göstərdi ki, vətəndaşların çoxu gediş kartını hardan alacaqlarını belə bilmirlər.

Doğrudan da avtobusların gediş kartlarının satıldığı, qəzet köşklərinə nəzər salanda kartla bağlı hər hansı bir məlumata rast gəlmədik. Bəzi köşklərdə isə kart yox idi.

Dayanacaqdan uzaqda yerləşən köşklərin isə kartların satışında, təlabatla problemləri var.

Nəqliyyat Nazirliyi isə ilin ortalarına qədər gediş haqqının ödənilməsində yeni xidməti artıq Bakının1500-ə qədər avtobusunda tətbiq etmək niyyətindədir.