BolgeXeber.Com » BÖLGƏ TV » Hamı Tovuzun bu kəndindən danışır-Video

Hamı Tovuzun bu kəndindən danışır-Video

11-02-2014, 07:40
Oxunub: 5 375 Ölkədə ən tez Baharın gəlişini də elə bu kəndin sakinləri qeyd edir

Bir tərəfdə qar, digər tərəfdə isə tonqal və şamlar yanır. Görüntülər Tovuz rayonunun Yuxarı Öysüzlü kəndindəndir. Ölkədə ən tez Baharın gəlişini də elə bu kəndin sakinləri qeyd edir. Kəndlilər yüzilliklərdən bəri özünəməxsus tarixi adət ənənələrini bu günədək yaşadıb davam etdirirlər. Onlar fevralın 10-u axşamına təsadüf edən “Xıdır gecəsi”, “Xıdır bayramı” kimi adlandırdıqları bu mərasimi bax belə, böyük cosqu ilə qeyd edirlər. Kimisi əlində lopalar kimisi də şamlar gətirib hündür Çinarın ətrafında yandırırlar. Uzun yol qət edib, çayı keçib övladları ilə buraya gələn rayon sakinləri bayramı kəndin su, torpaq və alovun qovuşduğu yerdə inanc yerində keçirirlər. Mahizər Abdullayeva Kənd sakini Bəhruzər Rüstəmov Araşdırmaçı K.M Evlərdə şirniyyatlar xüsusəndə "Xıdır bayramı"-nın atributu sayılan qovud bişirilir. Beləliklə kiçik çillənin sonuncu on günlüyü yəni fevralın 10-dan etibarən yazın müjdəçisi olan Xıdır gecələri başlayır. Peyğəmbər Xıdır Nəbinin adı ilə bağlı olan bu gecə yazın ilk müjdəçisi olduğundan bunu yüz illərdir ki hər il eyni tarixdə sakinlər bayram abu-havası ilə qeyd edirlər. Onlar bu bayramın tək Tovuzun Yuxarı Öysüzlü kəndində yox bütün bölgələrdə qeyd edilməsini, yaşadılmasını arzulayırlar.


xezerxeber