BolgeXeber.Com » BÖLGƏ TV » "Azadlıq prospekti" stansiyasının yaxınlığında partlayış - (Yenilənib- Fotolar - Video)
"Azadlıq prospekti" stansiyasının yaxınlığında partlayış - (Yenilənib- Fotolar - Video)
13-02-2014, 07:45
Oxunub: 6 210
Partlayışın gücü o qədər olub ki, hətta zəlzələ olduğunu düşünənlər olub
Bu gün Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasının yaxınlığında partlayış hadisəsi baş verib. Məlumata görə, partlayış "Şahənşah restoranının qarşısındakı yeni tikilidə olub.
Həmin ərazidə yaşayan sakinlərin məlumatına görə, ətrafda olan 9 mərtəbəli binaların hamısında partlayışın gücü hiss olunub.
Tikinti materialları yola səpələnib. Yolda hərəkət dayandırılıb. Bina yarımçıq tikili olduğundan qaz partlayışı istisna edilir.
Partlayışın gücü o qədər olub ki, hətta zəlzələ olduğunu düşünənlər olub. Bu isə bəzi insanların evlərini və iş yerlərini tərk edərək küçəyə qaçmasına səbəb olub.
Məlumata görə, partlayış nəticəsində obyektin yerləşdiyi yarımzimzəmi əraziyə ciddi ziyan dəyib. Ölən və yaralananlar haqqında müfəssəl məlumat yoxdur. Bir sərnişin avtobusu ciddi zədə alıb.
Hadisə yerinə rayon polis idarəsinin, Təcili Tibbi Yardımın və Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.
Hazırda hadisə yerində FHN-in yanğınsöndürənləri işləyir.
***
Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətlisi "Axar.az"ın əməkdaşına bildirib ki, partlayan bu böyük obyekt Binəqədi rayonunun keçmiş icra başçısı Alı Qocayevə məxsus tikilidir. Obyektin hansı məqsədlə ucaldıldığı bəlli deyil. Bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qərarı ilə obyektin tikintisinin tamamlanması dayandırılıb.
***
Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsindən verilən məlumata görə, partlayış tikintisi başa çatmamış binada yerləşən kafedə qeydə alınıb. Partlayış nəticəsində bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
***
"İstanbul" xəstəxanasından verilən məlumata görə, xəsarət alanlar 1961-ci il təvəllüdlü İbadova Afiyət və Ağayeva Səadətdir. Səadət Ağayevanın partlayış baş verən an yaxınlıqdan keçəv marşrut avtobusunda olduğu bildirilir. Partlayışın təsirindən sıçrayan daş avtobusun şüşəsini qıraraq ona dəyib. Hal-hazırda rentgen müayinəsindən keçirilir. İbadova Afiyət isə üzünün sol nahiyəsində II dərəcəli yanıq xəsarəti və sol alın nahiyəsinin travması ilə Musa Nağıyev adına Təcili Tibbi Yardım Xıəstəxanasına aparılıb.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər