Tovuzda tutulan erməni sərhədi necə keçib?- Video
8-03-2014, 06:35
Oxunub: 5 716
Martın 7-də, saat 12:30 radələrində Azərbaycan Ermənistan təmas xəttini keçən Ermənistan vətəndaşı ələ keçirilib
Saxlanılan şəxsin adı özünün dediyinə görə Xocayan Arsendir. 1991-ci il təvəllüdlü Xocayan dəmiryolunun mühafizə olunan ərazisində ələ keçirilib. Əsiri ilk olaraq Mühafizə Komandasının böyük atıcısı Sadıqov Məcid görüb. ADYQSC Mühafizə İdarəsinin əməkdaşı Məcid Sadiqov : "Mən içəridə idim. İçəridən baxanda gördüm ki, kimsə gəlir. Ona yaxınlaşdım ki, kimsən, nəçisən özünü təqdim elə. O da mənə yarı rus, yarı ermənicə cavab verdi. Başa düşdüm ki, bu ermənidir. Dedim hardan gəlmisən dedi ki, bu yandan gəlmişəm. Çayla keçmişəm. Qoyun otarırdım" Mühafizə idarəsinin əməkdaşları əsiri idarələrinə gətiriblər və sorqu-suala tutublar. Xocayan deyib ki, gün yarımdır ki, sərhədi keçib. Daha sonra mühafizəçilər baş idarələrinə xəbər veriblər. Həmin an Milli Təhlükəsizlik Nazirliyinin Tovuz rayon şöbəsinin əməkdaşları əraziyə gəliblər və əsiri aparıblar. Daha sonra Xocayan Arsen dindirilmək üçün Bakıya Milli Təhlükəsizlik Nazirliyinə göndərilib
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər