BolgeXeber.Com » BÖLGƏ TV » Səlim Müslümovu və yeni kadrını ifşa edən faktlar-VİDEO-YENİLƏNİB

Səlim Müslümovu və yeni kadrını ifşa edən faktlar-VİDEO-YENİLƏNİB

10-03-2014, 06:45
Oxunub: 5 348 "Şikayətim araşdırılmasa mən 20 nəfər yaxınlarım və ailə üzvlərimlə Prezident Aparatı qarşısında özümüzü yandırmaq məcburiyyətində qalacaqığ
Bolgexeber.com–un redaksiyasına Biləsuvar rayon Ovçubərə kənd sakini II qrup əlil , YAP-ın üzvü Ağayev İmanverdi Şahverdi oğlu tərəfindən dövlət başçısına və bir sıra dövlət rəsmilərinə də ünvanlanmış şikayət məktubu daxil olmuşdur. Bolgexeber.com məktubu olduğu kimi təqdim edir:
“Hörmətli prezident,dövlət rəsmləri Biləsuvar rayon 30 saylı TSEK-nin sədri Xoşbəxt Ağayeva Mərkəzi xəstəxanada işlədiyi vaxt bacım Qiyasova Gülxas Şahverdi qızı 30 ildir əri atıb Rusiyaya gedib,sonsuzdur savadsızdır və savadsızlığından istifadə edib onu aldadaraq vəzifə səlahiyyətlərindən sui istifadə edərək fəhləliklə pambıq yığmaqla qazandığı 3000 manat pulu alıb ki,guya köçürmə puludur deyə stasianar müalicədə olmadığı halda terapiya şöbəsini tanımadığı halda bacıma saxta pensiya düzəltmişdir.Bununla bağlı yuxarı inistansiyalara müraciət etməmizə baxmayaraq hələdə bir cavab yoxdur.Mən 30 saylı TSEK-nin sədri X.Ağayevanın qəbulunda oldum onun bacıma saxta yolla düzəltdiyi pensiyanı saxta olduğunu bldirdim və pulumuzu geri istədim.O,məni təhqir etdi və otağından qovdu əsalarını başına çirpacaqam rədd ol bunun pisixi durumuda yoxlanılsın. Bununla bağlı yəni saxtakarlığını araşdırılması ilə bağlı şikayət edəcəyimizi bildirdim.O isə mənə Cənab Səlim Müslümov mənim arxamdadir və deyibdir ki,sənin gözünü heç kim üfürə bilməz.Odur ki,bildirirəm şikayətim araşdırılmasa mən 20 nəfər yaxınlarım və ailə üzvlərimlə Prezident Aparatı qarşısında özümüzü yandırmaq məcburiyyətində qalacaqığ, saxtakar rüşvətxor 30 saylı TSEK-in sədrinin saxtakarlığını və etdiyi çirkin əməllərini mənim iştirakımla araşdırılmasını xahiş edirəm. İmza:Ağayev İmanverdi Şahverdi oğlu “

***
Bolgexeber.com–un redaksiyasına Biləsuvar rayon Ovçubərə kənd sakini II qrup əlil , YAP-ın üzvü Ağayev İmanverdi Şahverdi oğlu tərəfindən dövlət başçısına və bir sıra dövlət rəsmilərinə də ünvanlanmış şikayət məktubu daxil olmuşdur. Bolgexeber.com məktubu olduğu kimi təqdim edir:
"Xahiş edirəm 30 saylı TSEK- də bütün anketlər mənim iştirakımla yoxlanılsın. Mən bunların saxta sənədlərini üzə çıxarım" Bolgexeber.com–un redaksiyasına Biləsuvar rayon Ovçubərə kənd sakini II qrup əlil , YAP-ın üzvü Ağayev İmanverdi Şahverdi oğlu tərəfindən dövlət başçısına və bir sıra dövlət rəsmilərinə də ünvanlanmış şikayət məktubu daxil olmuşdur. Bolgexeber.com məktubu olduğu kimi təqdim edir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev cənablarına,
Surəti : Azərbaycan Respublikasının baş prokuroru cənab Zakir Qaralov cənablarına, Surəti : Azərbaycan Respublikasının baş prokuroru yanında korrupsiya ya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev cənablarına,
Surəti : Azərbaycan Respublikası ƏƏSM-i naziri Səlim Müslümov cənablarına, Surəti : Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev cənablarına,
Surəti : bütün qəzet redaksiyalarına,
Biləsuvar rayon Ovçubərə kənd sakini II qrup əlil , YAP-ın üzvü Ağayev İmanverdi Şahverdi oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli prezident və dövlət rəsmiləri məni bu şikayət ərizəsini yazmağa vadar edən səbəb Biləsuvar rayon xəstəxanasının baş həkimi Şamil Cəfərov və 30 saylı Tibbi Sosial Ekspert Komissiyasınin sədri Xoşbəxt Ağayevanın saxta rüşvətxor , qanunsuz əməlləridir. Şamil Cəfərov və Xoşbəxt Ağayeva hörmətli prezidentimizin rüşvətxorluğa qarşı verdiyi qərarlarını , tapşırıqlarını baş ayaq icra etməkdə davam edirlər. Mənim bacım Qiyasova Gülxas Şahverdi qızı 1957-ci il təvəllüdlüdür. Həyat yoldaşı 30 ildir ki, atıb Rusiya dövlətinə gedib, övladı yoxdur. Evdə tək yaşayır. Xoşbəxt Ağayeva bacımın təhsilsiz və avam olduğundan istifadə edib sənə pensiya düzəldəcəm. Ayda 200 ( iki yüz ) manat pensiya alacaqsan. 3000 ( üç min) manat pul düzəlt gətir , baş həkim Şamil Cəfərovla da söhbət edəcəm. 2012-ci ildə bacım Qiyasova Gülxasdan dələduzluq yolu ilə 3000 ( üç min ) alıb ona saxta sənəd veriblər. Deyib ki, denən altı ay xəstəxanada yatıb müalicə almışam. Sənədləri apar keçmiş TSEK-in sədri Mustafa İbadova ver. Tapşırmışam soruşsalar denən qıçlarım şişir , sol qolum quruyur, sinəm göynəyir. Təngənəfəs oluram. Bu sözləri öyrədib xəstəliyin ürək çatışmamazlığıdır. Bacım savadsız olduğundan həmən sənədlərin surətini özündə saxlamayıb . Mən dəfələrlə xəstəxanaya getmişəm . Sənədin sürətini mənə verməyiblər. Fevral ayında xəstəxanaya getdim. Xoşbəxt Ağayevanın yerində işləyən Fatma doktor dedi ki, bizə tapşırıblar sənədin dublikatını verə bilmərik. Sonra həkim Vaqif Məlikova müraciət etdim. Ondan sənədin surətini istədim, o da vermək istəmədi. Dedim ki, nazirə teleqram vurmağa gedirəm. Ən nəhayət sənədin dublikatını Vaqif Məlikov mənə verdi. Cənab prezident, Hörmətli məsul şəxslər, xahiş edirəm bacıma saxta verilmiş sənədlər araşdırılıb kim tərəfindən verilməsi və saxtalığı təsdiq olunsun. Saxtakar olan bu insanlar haqqında cinayət işi başlansın. Onuda qeyd edim ki, Biləsuvar rayonunda əlillik dərəcəsi alanların 50- 60 faizi Şamil Cəfərov və Xoşbəxt Ağayevanın saxta sənədləri əsasında alıblar. Mən belə düşünürəm ki, bunlar Biləsuvarda əksər gəncləri saxta sənədlə əlillik dərəcəsi verəcəklər. Biləsuvarda bir ilə hərbi xidmətə gedən və torpaqlarımızı qoruyan olmayacaq. Biz vətəndaşlar hörmətli nazir Səlim Müslümovun prezidentin sərəncamı ilə ƏƏSM –i naziri təyin olunmasını və nazirin çıxışlarını eşitdik ki, hər şey şəffaf olmalıdır. Çox sevindik. Lakin Biləsuvarda Şamil Cəfərov və Xoşbəxt Ağayeva bu gün də sirkin əməllərini davam etdirirlər. Hörmətli prezident və dövlət rəsmiləri azərbaycan vətəndaşı olaraq sizdən xahiş edirəm 30 saylı TSEK- də bütün anketlər mənim iştirakımla yoxlanılsın. Mən bunların saxta sənədlərini üzə çıxarım. Bir daha sizdən xahiş edirəm mənim bacımın halal və zəhmətlə qazandığı pulunun Şamil Cəfərov və Xoşbəxt Ağayeva tərəfindən ona qaytarılmasına köməklik edəsiniz. Hörmətlə : Ağayev İmanverdi P.S.Bolgexeber.com qeyd edir ki,məsələ ilə bağlı Biləsuvar rayonunun 20-yə yaxın sakini redaksiyamıza müraciət edib ki,onların hamısından video-müsahibə götürülüb .Bolgexeber.com həmin müsahibələrdən hələ ki, birini oxuculara təqdim edir: