Azərbaycanlı qadın 60 yaşlı kişinin meyitini yandırdı
28-03-2014, 12:05
Oxunub: 5 927
Gürcüstanın Marneuli rayonunun Şulaveri kəndində müəmmalı ölüm hadisəsi baş verib
Dünən gecə saatlarında Şulaveridə Balaxanım Qarayevanın kirayənişin olduğu yaşayış binasının qarşısında Dmanisi rayonunun Hamamlı kənd sakini, təxminən 60 yaşlı Qədir Əliyevin meyiti yarı yanmış halda aşkar edilib. Şulaveri kəndinin icra nümayəndəliyinin əməkdaşı Bakıxan Qələndərovun verdiyi məlumata görə, 30 ildən çoxdur ki, Şulaveri kəndində kirayədə yaşayan, lakin rayonun Sabirkənd kəndində yaşayış qeydiyyatında olan 50 yaşlı Balaxanım Qarayevanın evinə qonaq gələn Qədir Əliyevin gecə saatlarında ürəyi dayanıb: “Sakinlərin dediyinə görə, Qədir Əliyev tez-tez Balaxanım Qarayevanın evinə gələrək orada gecələyərmiş. Dünən gecə isə onun ürəyi dayanıb və Balaxanım Qarayeva Qədir Əliyevin öldüyünü görən kimi qorxusundan onu həyətə çıxarıb və heç kim xəbər tutmasın deyə meyitin üstünə dizel yanacağı tökərək od vurub. Hadisədən xəbər tutan qonşular alovu söndürüblər”. Hadisə yerinə təcili rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Balaxanım Qarayeva saxlanılıb. Meyit müayinə edilmək üçün xəstəxanaya aparılıb. Marneuli rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Məlumata görə, şöbənin əməkdaşları tərəfindən Balaxanım Qarayeva dindirilib. Qadın 60 yaşlı Qədir Əliyevin içkili halda onun evində gecələdiyini və qəflətən ürəyinin dayandığını bildirib. O, meyiti qorxusundan həyətinə çıxarıb yandırdığını deyib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb, ölümün baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər