Jurnalist Vasif Turanın faciəsi ANS-in "Alın yazısı"nda-Video
2-04-2014, 09:20
Oxunub: 6 785
Başına gələnlərdə hələ də özünü günahlandıran jurnalist, taleyin qarşısında aciz qaldığı anlardan danışıb
Müəmmalı yanğın nəticəsində iki oğlu diri-diri yanan jurnalist Vasif Turanın alın yazısından dünən axşam ANS –də danışılıb.Bolgexeber.com-un məlumatına görə, Şəbnəm Xeyrullanın təqdimatında reallaşan "Alın yazısı" telelayihəsinin bu dəfəki buraxılışı Vasif Turanın həyat faciəsinə həsr edilib.
Başına gələnlərdə hələ də özünü günahlandıran jurnalist, taleyin qarşısında aciz qaldığı anlardan danışıb. Xanımı isə övladlarının faciəli ölümünün qəhrindən keçirdiyi hisslərini dilə gətirib.
Xatırladaq ki, 07 oktyabr 2011-ci ildə Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsindəki evində 2 azyaşlı övladı yanaraq faciəli şəkildə ölmüşdür. Açılan cinayət işinin 3 ilə yaxın yubadılması istər baş redaktorun özündə, istərsə də ictimayyətədə birmənalı qarşılanmır. İşi aparan müstəntiqlər isə daha çox susmağa üstünlük verirlər. Əlbəttə ,qeyd etmək lazımdır ki,bu sıradan bir hadisə deyil. Ortada iki azyaşlı uşağın müəmmalı şəkildə yanaraq ölməsi faktı var.
Bu nəinki bir valideyn kimi baş redaktor,həmçinin hər bir normal insan üçün ağrılı bir hadisədir.Buna görə də cinayət işindən 3 ilə yaxındır müddət keçməsinə baxmayaraq hadisənin istintaq orqanları tərəfindən hələ də dəqiq araşdırılmaması narahatçılıq doğurmaya bilməz.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər