Əbülfəz Elçibəyin efirə getməyən müsahibəsi (VİDEO)
7-04-2014, 04:50
Oxunub: 5 369
Bu həftə Kəlbəcərin işğalından düz 21 il keçdi
Biz artıq, ifadəsilə demək olar ki, heç bir hiss oyatmayan, əksinə milli əksəriyyətə dəyib düşən fakt qurusundan danışmayacağıq. Sizə 1993-cü ilin mart ayının 27-də Əbülfəz Elçibəydən götürdüyümüz müsahibəni təqdim edəcəyik. Onu da deyim ki, müsahibə efirə ilk dəfədir ki, gedir. Bəs onu niyə efirə verməmişik? Baxın, cavabını müsahibədən sonra verəcəyik.
Əbülfəz Elçibəy: "Ermənistan Laçın və Şuşada törətdiyi faciəni bu gün Kəlbəcərdə törətrmək istəyir. Çox ehtiyat edirik ki, böyük faciə ola bilər. İnsan qırğını, xüsusən uşaqların qadınların qırğını ola bilər. Bütün gücümüzlə çalışırıq ki, uşaqları və qadınları bu bölgədən çıxaraq. Ermənistan 2 tərəfdən Kəlbəcərə hücüm edir. Yolları bağlayaraq əhalini təcrid ediblər..."
İndi isə müsahibənin efirə niyə verməməyimizin səbəbi barədə. Müsahibədən sonra Əbülfəz bəy bizdən soruşdu ki, onu nə vaxt verəcəyik? Biz ona "Cənab Prezident, ANS-in efirə çıxışını bərpa edəcəyiniz halda. Axı biz efirdə yoxuq, bizi bağlamısınız", - deyə cavab verdik. ANS açılmadı, müsahibə isə efirə getmədi. Biz bir daha efirə 1993-cü ilin iyul ayında qayıtdıq. Onda da artıq gec idi. Bir də biz Elçibəylə bu mövzuya 2000-ci ilin aprelində qayıtdıq. O Kəlbəcəri qoruya bilmədiyinə gözə xalqdan üzr istədi".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər