Xaçmazda bələdiyyə sədri prezidentin göstərişinə niyə məhəl qoymur? (VİDEO)
21-04-2014, 08:05
Oxunub: 4 299
Xaçmazın Alekseyevka kəndində yaşıllıqların kütləvi şəkildə kəsilərək məhv edilib
Araşdırma nəticəsində məlum olub ki, ağacları qanunsuz kəsən kənd bələdiyyəsinin sədridir və maraqlıdır bələdiyyə sədri ağacların icazəsiz kəsimindən xəbərsiz olub.
Qeyri-qanuni ağac kəsimi Xaçmazın Alekseyevka kəndinin ərazisində qeydə alınıb. Hadisə yerinə catdığımız zaman qırılan ağaclar maşınlara yüklənərək, ərazıdən aparılırdı. Qırıntı yerində təxminən 10- dan artıq ağacın kəsildiyini gördük.
Bunların arasında çinar, gilas, tut ağacları var. Həm də muşhidələrimizə zamanı gördük ki, ağaclara qənim kəsilənlər bir neçə qoz ağacının da budaqlarını məhv ediblər.
Traktorun sürücüsü İlkin Şahbazovun sözlərinə görə, kəsilmiş ağacların daşınması üçün ona bələdiyyə sədri tərəfindən tapşırıq verilib: “Məni çağırıb ki, çinar ağacları var, onları pileramaya aparmağ lazımdır. Mən də gəlmişəm, traktorun sürücüsüyəm ağaclar 2-3 gün bundan qabaq kəsilib, hər şey göz qabağındadır”.
Az sonra əraziyə gələn Alekseyevka kənd bələdiyyəsinin sədri Cahangir Eyubov ağac kəsilməsinə özunun göstəriş verildiyini təsdiqlədi. Təəccüblü olsa da etiraf etdi ki, rəsmi qurumlardan icazə almalı olduğunu bilməyib. Qanunsuz deyəndə idarə üçün kəsilmişdi, ola bilsin bilməmişəm nəsə.
5 saylı Ekologiya və Təbii Sərvətlər müfəttişi Mahir Muradov faktın ciddi şəkildə araşdıracağını dedi: “Cahingir müəllim bildirdi ki, özü də həmin ağacların kəsilməsilməsi ilə bağlı heç bir sənəd yoxdur. Biz də kəsilən ağacları siyahıya götürdük, şəkillərini çəkdik, akt tərtib edəcəyik.
Amma bələdiyyə sədrinin qanunsuz hərəkəti tək bu araşdırma ilə yekunlaşmayacaq. Kənd sakinləri faktla bağlı rayonun hüqüq mühafizə orqanlarına da müraciət edəcəklər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər