Bakıda kütləvi dava: xəsarət alanlar var (YENİLƏNİB, VİDEO)
24-04-2014, 07:45
Oxunub: 4 579
Hadisə səbəbindən şadlıq evinin qarşısından keçən yolda nəqliyyatın hərəkəti də bir müddət məhdudlaşıb
Gecə Bakının Xətai rayonu ərazisində kütləvi dava baş verib. Şahidlərin məlumatına görə, hadisə saat 22 radələrində Əhmədli qəsəbəsində “Fəridə” şadlıq evinin qarşısında qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada xəsarət alanların olduğu bildirilir.
Xəsarət alanların bir neçəsinə hadisə yerinə cəlb edilən təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib. Əlbəyaxa dava edən qrupları sakitləşdirmək üçün hadisə yerinə polis əməkdaşları gəlib. Hadisə səbəbindən şadlıq evinin qarşısından keçən yolda nəqliyyatın hərəkəti də bir müddət məhdudlaşıb.
Xətai rayon polis idarəsindən adıçəkilən ünvanda insidentin olduğunu təsdiqləsələr də bu barədə əlavə açıqlama verilməyib. İdarədən onu da bildirdilər ki, hadisənin səbəblərinin müəyyən edilməsi üçün də artıq araşdırmalar başlanılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər