Bakıda jurnalisti belə döydülər- (Video-Yenilənib)
25-04-2014, 10:15
Oxunub: 4 869
F.İlqaroğlu hücuma məruz qalmasının səbəbini bilmir, basqınçını isə tanımır
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında "Yeni Müsavat"ın əməkdaşı Fərahim İlqaroğlu yaşadığı binanın girəcəyində hücuma məruz qalıb. Jurnalistin döyülməsi anını əks etdirən şəkilləri təqdim edirik.
***
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında "Yeni Müsavat"ın əməkdaşı Fərahim İlqaroğlu yaşadığı binanın girəcəyində hücuma məruz qalıb. Jurnalistin döyülməsi anını əks etdirən şəkilləri təqdim edirik.
Taninmiş reportyor Fərahim İlqaroğlu bu gün səhər saat 10.30 radələrində gözlənilməz hücuma məruz qalıb.
Jurnalist telefon açaraq, həyacanla bildirib ki, yaşadığı evin blokundan çıxarkən (jurnalist Nizami rayonunda, redaksiyaya yaxın binaların birində yaşayır) tanımadığı bir şəxs ona qəflətən hücum edib: "Blokdan çıxan kimi bir nəfər tanımadığım şəxs məni çağırdı. Dayandım. "Burada yaşayırsan", deyə soruşdu. Təsdiq etdim. Qəflətən boğazımdan yapışıb, digər əli ilə vurmağa başladı. Eyni anda məni bloka doğru itələdi. Bir neçə zərbədən sonra əlini cibinə atdı. Bıçaq çıxartdı. Anladım ki, məni vuracaq. Çırpındım, əlindən çıxdım. Bu anda qonşu evindən çıxdı. Qışqırdı ki, "nə edirsən". Həmin adam dərhal qaçdı.".
F.İlqaroğlu əlavə edib ki, hücuma məruz qalmasının səbəbini bilmir, basqınçını isə tanımır.
Hadisə nəticəsində jurnalist üz nayihəsindən zədələr alıb, dişi sınıb, dodağı partlayıb.
Qeyd edək ki, iki gün öncə onun avtomobili avtoxuliqanlıq edən bir şəxs tərəfindən vurulmuşdu. Jurnalist qəza törətdikdən sonra sürətlə şütüyüb aradan çıxan həmin şəxsi öncədən avtomobilinə yerləşdirilmiş videokameranın lent yaddaşından istifadə edərək tapdırmışdı.
Bu hadisənin həmin qəza olayı ilə bağlı olub-olmadığı hələlik bilinmir. Məsələ ilə bağlı polisə məlumat verilib.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər