BolgeXeber.Com » BÖLGƏ TV » İcra başçısının işdən çıxardığı məmur vəzifəsinə qaytarıldı-Video

İcra başçısının işdən çıxardığı məmur vəzifəsinə qaytarıldı-Video

3-05-2014, 11:15
Oxunub: 3 799 "Həmin vaxt icra başçısının sərt qərarı gözdən pərdə asmaq üçün imiş"

Bir neçə ay əvvəl Sabunçun icra başçısı Adil Vəliyev Balaxanı sakinləri ilə görüş zamanı qəsəbənin icra nümayəndəsi Fərhad Qurbanovu vəzifəsindən bir aylıq müddətinə uzaqlaşdırmışdı. Buna səbəb icra başçısı ilə görüşdə, Fərhad Qurbanovun rüşvət alması ilə bağlı sakinlərin şikayət etməsi olmuşdu.Bolgexeber.com bildirir ki, bu gün “Qafqazinfo”ya zəng edən Balaxanı sakinlərindən biri qəsəbə icra nümayəndəsinin yenidən vəzifəsinə bərpa edildiyini deyib. Sakin bir ay əvvəl nümayişkaranə şəkildə işdən qovulan icra nümayəndəsinin nəyə görə yenidən bu vəzifəyə qaytarılmasını anlamadıqlarını bildirib. O iddia edib ki, həmin vaxt icra başçısının sərt qərarı gözdən pərdə asmaq üçün imiş.

Məsələyə aydınlıq gətirmək üçün sayt əməkdaşı Sabunçunun icra başçısı Adil Vəliyevlə əlaqə saxlayıb. Başçı bildirib ki, həmin vaxt Fərhad Qurbanov Balaxanı icra nümayəndəsi vəzifədən bir aylıq müddətinə uzaqlaşdırılmışdı, təkrarən vəzifəyə qaytarılması isə qəsəbə camaatı ilə müzakirələrdən sonra baş tutub: “Qəsəbənin 200 nəfərlik nümayəndəsi ilə iclas keçirdik, onlardan 184 nəfəri Fərhad Qurbanovun qüsurlarını aradan qaldırdığını və onun yenidən işə bərpasına etiraz etmədiklərini deyib. Mən Balaxanıda böyük işlərin görüləcəyini bildirmişəm, sözümün də arxasındayam. Çünki orada böyük müəəssisələrin tikilməsi və qəsəbə sakinləri üçün yeni iş yerlərinin açılması üçün çalışırıq”.

İcra başçısının mart ayında Balaxanı sakinləri ilə görüşünün kadrlarını bir daha təqdim edirik: