BolgeXeber.Com » BÖLGƏ TV » Döyülən vətəndaş Zakir Qaralova və Ramil Usubova müraciət etdi-FOTO,VİDEO

Döyülən vətəndaş Zakir Qaralova və Ramil Usubova müraciət etdi-FOTO,VİDEO

13-05-2014, 10:10
Oxunub: 3 741 "Mən müstəntiqə deyəndə ki, mənə qarşı qərəzli münasibət göstərirsən, cavab verir ki, öz işimdir özüm bilərəm, qərəzliyəm, yaxşı eləyirəm... "

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi ünvanında yaşayan Səttarzadə Anar Rizvan oğlu Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib. Müraciətdə deyilir:
18 fevral 2014-cü il tarixdə təxminən saat 10:00 radələrində Səbail rayonu, Xanlar küçəsində komendantı olduğum binanın həyətində iş adamı Hüseyn Hacıyev və onun mühafizəçilərinin binanın sakini Fariz Şahbazovu döydüklərini görüb onları sakitləşdirmək üçün onlara yaxınlaşdım. Bu məqamda mühafizəçilər hücum edib məni döydülər.


Məlumat üçün bildirim ki, baş verən hadisədən bir müddət əvvəl mən binanın sakinlərinin razılığı ilə həmin binaya komendant təyin olunmuşdum. Bu barədə protokol da var.Onu da bildirim ki, mənim sakinlərin razılığı əsasında komendant təyin olunmağım iş adamı Hüseyn Hacıyevi qane eləmirdi. Çünki binada sakinlərdən yığılan xeyli miqdarda pulun hara xərclənməsi barədə apardığım araşdırmaları Hüseyn Hacıyev həzm edə bilmirdi. Və onun cinayət əməlləri ortaya çıxırdı. Ona görə də Hüseyn Hacıyev özü və cangüdənləri dəfələrlə məni hədələmiş, hətta silahla hədə-qorxu gəlmişdilər.

Əslində 18 fevral 2014-cü il tarixdə baş verən hadisə zamanı mənim vəhşicəsinə döyülməyimin əsas səbəbi də bu idi. Çünki mən onlara sadəcə sakitləşdirmək məqsədi ilə yaxınlaşdım, başqa məqsədim yox idi. Hadisə zamanı aldığım zərbələrdən huşumu itirdim. Ayılandan sonra kənar şəxslərin köməkliyi ilə təcili tibb yardıma və məhkəmə-tibb ekspertinə müraciət elədim.

Ekspertin rəyinə görə mən bədən xəsarəti almışam. Hazırda Səbail RPİ işi araşdırır. Ancaq açıq-aşkar hiss olunur ki, baş müstəntiq Ziya Əliyev işi obyektiv aparmır və qarşı tərəfi müdafiə edir.Çünki bir neçə dəfə Ziya Əliyevin yanında olmuşam, izahat yazmışam. Hər dəfə mənə hədə-qorxu gəlib, məni həbslə hədələyib, üstümə qışqırıb.

Ziya Əliyev hadisənin bütün iştirakçılarını istintaqa cəlb etmir, bilir ki, yalanın üstü açılacaq və o ifşa olunacaq. Bu gün 12 may tarixdə yenidən müstəntiqin yanına üzləşdirməyə çağrılanda Ziya Əliyev məni 1 saat gözlədəndən sonra digər iştirakçıları dəvət edib. Üzləşmə zamanı şahid qismində çağrılan iş icraçısı (prorab) yalan danışır və şər-böhtan atır.


Mən Ziya Əliyevə deyəndə ki, mənə qarşı qərəzli münasibət göstərirsən, cavab verir ki, öz işimdir özüm bilərəm, qərəzliyəm, yaxşı eləyirəm...
Bütün bunlar azmış kimi Ziya Əliyev mənim mobil telefonuma bir neçə dəfə zəng edərək mənə hədə-qorxu gəlib. Mən öz doğma yurdundan didərgin salınmış Kəlbəcər sakiniyəm. Atam da ağır ürək xəstəsidir, əlildir.
Cənab Baş prokuror!
Cənab Daxili İşlər naziri!

Sizdən artıq dərəcədə xahiş edirəm ki, işi öz nəzarətinizə götürəsiniz və məni təhqir edən müstəntiq qərəzli olduğu üçün dəyişdirilsin, mümkündürsə işə daha yuxarı instansiyada baxılsın.

Redaksiyadan: Baş müstəntiq Ziya Əliyevin atası cəbhə hakimiyyəti dövründə rayon polis idarəsinin rəisi olub. Görünür cənab Ziya Əliyevin qaragüruh əməlləri onun keçmişindən irəli gəlir.


Qafqaznews.az