BolgeXeber.Com » BÖLGƏ TV » 88 saylı orta məktəbdən etiraz var (VİDEO)

88 saylı orta məktəbdən etiraz var (VİDEO)

15-05-2014, 19:50
Oxunub: 4 005 88 saylı orta məktəbin müəllim kollektivinə ərizə yazdırılaraq işdən çıxarılıb

Bu gün Xətai rayonunda yerləşən 88 saylı orta məktəbin müəllim kollektivinə ərizə yazdırılaraq işdən çıxarılıb.

ANS TV-nin məlumatına görə, valideyn və müəllim kollektivi, eləcə də şagirdlər təhsil müəssisəsinin bağlanmasına etiraz edirlər.

Məktəb rəhbərliyinə bildiriblər ki, təhsi müəssisəsində şagird sayının az, yəni 1070 əvəzinə 350 nəfər olduğundan məktəb liseyə çevirilir. Üstəlik valideynlərə də övladlarının sənədlərini məktəbdən götürmələri deyilib. Valideynlərsə bununla razılaşmır. Müsahiblərim deyir ki, ətrafda uşaq sayı bu cür az olan daha 3 məktəb var. Amma nədənsə, bizim məktəbi gözaltı ediblər. Ən əsası bu hala birinci dəfə deyil ki, təkrarlanır.

Valideyn Fikrət Heydərovun sözlərinə görə, 2 il əvvəl “Zəkalar” liseyinə verdilər: “Onda da belə etiraz olundu, dayandırdılar satmadılar. İnd də Təhsil Nazirliyi yenə bu məktəbin üstünə əl uzadıb, yenidən satıb “Türk” liseyinə”.

Valideynlər övladlarının başqa bir təhsil müəssisəsinə bu vaxtdan sonra aparmağın uşaqlar üçün əsl travma olacağını düşünürlər. Onların istəyi budur ki, ətrafdakı şagird sayı az olan məktəblərlə 88 saylı məktəb birləşsin.

Məlahət Gözəlova isə deyir ki, 3 uşağım burda oxuyur, necə olacaq, uşaqlar ağlıyır: “Özünü öldürür ki, biz başqa məktəbi istəmirik, bu uşaqların pisxalogiyasına bilirsiz necə mənfi təsir edir”.

Mövcud vəziyyətdən narahat olan tək valideyn və şagirdlər deyil, həm də müəllimlər idi. Çünki, məktəb bağlanacağı təqdirdə onların əksəriyyəti işsiz qala bilər. İndidən müəllim kolektivinə işdən azad edilmələri barədə ərazidə də yazdırılıb. Hər halda bunu du müəllimlər deyir.

88 saylı orta məktəbin müəlliməsi Eminə Feyzullayeva qeyd edir ki, bizə dedilər ki, könüllü imza atın bu sənədələr, özü də hara göndərirlər dünyanın o başına ki, işlə nə bilim Maştağa və Pirallahı ora bura kimi deyir, ya belə, ya da işsiz qalasız.

Tək müəllim kollektivi yox, elə məktəb rəhbərliyidə məcburi şəkildə ərizə yazdırılma faktını təsdiqlədi. Direktor Həcər Rəhimova daha dəqiq müləmatın Bakı Şəhər Təhsil İdarəsində olduğunu bildirdi. Bu isə valideynlərin narazılığına səbəb oldu.

Orta məktəbdə yaranan səs-küyə Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları da gəldi. Məktəbin akt zalında valideyn və müəllimlərlə qapalı görüş keçirildi. Həmin görüşdən nələrin müzakirə olunduğunu öyrənmək üçün Təhsil Nazirliyinə sorğu göndərdik. Sorğumuza nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, bu məsələ hələ araşdırılır. Odur ki, hər hansı dəqiq məlumat verə bilmirik. Yaxın bir neçə saata bu haqda tam olaraq açıqlama veriləcək.