Bakıda zibil maşını, avtoşluq edir- sürət 100 (Video)
16-05-2014, 12:25
Oxunub: 5 560
Bakıda zibil daşıyan maşın saatda 100 km sürətlə hərəkət edib.
Bolgexeber.com xəbər verir ki, avtosfer.az saytının yaydığı videomatrialda bu aydın görünür. Mayın 14-də gecə saat 23:17 radələrində çəkilən bu videomaterialda zibil daşıyan maşının yüksək sürətlə hərəkət etdiyi, hətta qəza şəraiti yaratdığı görünür. Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində hərəkət edən bu nəqliyyat vasitəsi qəza işıqlarını yandırsa da, sürət həddini də aşır. Yolun sol hərəkət zolağı ilə hərəkət edərək arxadan gələn nəqliyyat vasitələrinə yol verməyən zibil maşını bütün prospekt boyu sağ zolağa keçmədən hərəkəti davam etdirib.
Əslində, Heydər Əliyev prospektində ikinci dərəcəli zolaqda hərəkət sürəti 60 km. saatdır. Zibil daşıyan avtomobillərin isə şəhər daxilində bu sürətlə hərəkətinə icazə verilmir. Həm sürət rejimi 60-dan yuxarı olmamalı, həm də həmin yolda elə 60-dan yuxarı sürməyə icazə verilmir. Amma görünür, yol polisinin bu tipli maşınlara əhəmiyyət vermədiyini görən sürücü özünü ralli yarışının iştirakçısı sayaraq minik maşınları ilə yarışa çıxıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər