Tacikistanda kütləvi iğtişaşlar başladı – Ölənlər var/Video
22-05-2014, 11:25
Oxunub: 4 703
Tacikistanın cənubunda yerləşən Xoroq vilayətində kütləvi iğtişaşlar başlayıb
Bu barədə “Ferqana” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, iğtişaşlara səbəb OMON əməkdaşlarının şəhərin mərkəzində bir neçə mülki şəxsi güllələməsi olub. Həmin vaxt OMON əməkdaşları hansısa cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirirmiş. Keçmiş səhra komandiri polkovnik Maxmadbokir Maxmadbokirovun qardaşının saxlanılması narazılıqlara səbəb olub. Yerli sakinlər onu müdafiə edərək həbs olunmağa qoymayıblar. Hüquq-mühafizə orqanları odlu silahdan atəş açmağa məcbur olublar. Nəticədə 3 nəfər ağır yaralanıb, onlardan ikisi xəstəxanada ölüb. Bundan sonra kütlə günahkarların cəzalandırılmasını tələb edib.Bolgexeber.com bildirir ki, axar.az-ın məlumatına görə Şəhərdəki bütün güc strukturlarının binalarına od vurulub. Tacikistan Sosial-Demokrat Partiyasının sədri Alim Şerzamonov bildirib ki, hazırda polis və prokurorluq orqanlarının binaları yanır: “Yanan binaların ətrafında 700-ə yaxın insan toplaşıb. Polis idarəsinin binasının bütün şüşələri sındırılıb. Yanan binalarda heç kim yoxdur”. Hökumət iğtişaşları yatırmaq üçün iki helikopter qaldırıb və yerli əhalidən evdən çıxmamaları xahiş olunub. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, iğtişaşçıların təşkilatçısı olan bir neçə nəfər saxlanılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər