Rüşvət istəyən həkimin videosu yayıldı - Video
23-05-2014, 15:10
Oxunub: 5 132
Vüsal Məmmədov həkimlə halallaşmağın vacibliyini də vurğulamağı unutmur
Azərbaycanda doğum zamanı həyatını itirən anaların sayı xeyli artıb. Son günlər mətbuatda yayılan xəbərlərdə ana ölümü ilə bağlı tez-tez adı keçən xəstəxanalardan biri də Sabirabad Rayon Perinetal Mərkəzidir.
Xəstəxanada çəkilən gizli video isə sosial şəbəkələrdə səs-küyə səbəb olub. Belə ki, videoda xəstəxananın direktoru Vüsal Məmmədovun xəstə yaxınlarının biri ilə can "alver"i etdiyi əks olunub..Bolgexeber.com "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Vüsal Məmmədov xəstənin verdiyi məbləğlə razılaşmır və daha çox pul tələb edir. Həkimə 200 manat verən xəstə pulunun bu qədər olduğunu, başqa gələri olmadığını söyləyir. Həkim isə qarşılığında həmin pulun xəstənin dərmanlarının və "narkoz verənin" pulu olduğunu deyir. "Əməliyyat etməmişdən əvvəl 500 manat istəsəydim və pulu vermədiyin təqdirdə əməliyyat etməsəydim, nə edəcəkdin?" deyən həkim bu sözləri ilə xəstə yaxınını hədələyir. Vüsal Məmmədov həkimlə halallaşmağın vacibliyini də vurğulamağı unutmur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər