BolgeXeber.Com » BÖLGƏ TV » Novxanıda şok ölüm (VİDEO)

Novxanıda şok ölüm (VİDEO)

24-05-2014, 22:40
Oxunub: 4 359 Son zamanlarda baş verənlər istirahət, əyləncə və turizm mərkəzlərində texniki təhlükəsizlik məsələlərini gündəmə gətirir. Ötən il 3 yaşlı İmran Cəfərzadənin ayağının su nasosunda üzülməsindən sonra, bu dəfə qeydə alınan bədbəxt hadisə ölkədə istirahət və turizm mərkəzlərində təhlükəsizlik qaydalarının yerində olmadığını bir daha üzə çıxardı.Reportajı təqdim edirik:

Yay mövsümün yaxınlaşması insanları daha çox istirahət və əyləncə məkanlarında vaxtlarını keçirməyə sövq edir. Amma yaxın bir il ərzində istirahət mərkəzlərində baş verən xoşagəlməz hadisələr bu məkanlarda dincəlmək istəyənləri təşvişə salır. Ötən il ehtiyatsızlıq səbəbindən Nabrandakı istirahət mərkəzlərindən birində 2 yaşlı İmranın ayağını itirməsi, dünən isə 10 yaşlı qızın Qobustan rayonundakı əyləncə mərkəzində dünyasını dəyişməsi, daha iki nəfərin xəsarət alması turizm zonalarının təhlükəsizlik tədbirlərinə nə dərəcə əməl etməsi məsələsini aktual etdiyindən bu sahədə kiçik bir araşdırma aparmaq istədik.

İlk yollandığımız Novxanı qəsəbəsində yerləşən “Aqva Park”da daha bir xoşagəlməz hadisənin şahidi olduq. Günorta saatlarında istirahət mərkəzinin hovuzunda çimən gənc oğlan suda boğulub. İstirahət mərkəzinin rəhbərliyi hadisənin hansı səbəbdən baş verdiyinə açıqlama gətirmək istəməsə də, ekspertlər belə bədbəxt hadisələrin turizm mərkəzlərində təhlükəsizlik tədbirlərinə əməl olunmaması və maarifləndirmə işlərinin aparılmaması ilə izah edir. Yəni istirahət mərkəzlərinə dincəlməyə gələnləri ordakı əyləncə vasitələrindən necə istifadə etmələri haqda təlimatlandırmaq lazımdır.

İstirahət zonaları ilə müqayisədə paytaxtda daha çox əyləncə vasitələri olan atraksionlar Milli Parkda cəmlənir ki, burda da texniki təhlükəsizliyə necə əməl olunduğu maraqlıdır.

Dənizkanarı bulvar idarəsinin rəis müavini Nazim Məcidov xatırlatdı ki, FHN-nin xüsusi qurum var ki, bu işə nəzarət edir: ”Onlar gəlib vaxtaşırı karuselləri yoxlayırlar, nasazlıq olarsa, dayandırılır və nasazlıq aradan qaldırılmayınca işləmir”.

Ekspertlər hesab edir ki, turizm zonlararının bütün əməkdaşlarını vaxtaşırı olaraq turizm cəhətdən inkişaf etmiş ölkələrin təcrubələrini öyrənmələri üçün kurslara göndərilməlidir”. Amma hazırda bu iş Azərbaycanın turizm sektorunda çox aşağı səviyyədədir.