Lənkəranda Yol polisi sürücünü döydü - (Video)
29-05-2014, 15:30
Oxunub: 4 751
Lənkəran rayon sakini Vüsal Qocayev mayın 24-də Dövlət Yol Polisi əməkdaşlarının zorakılığına məruz qalıb.
Bolgexeber.com-un xəbərinə görə, bu barədə bizimyol.info-ya V.Qocayevin özü məlumat verib. Şikayətçinin sözlərinə görə, hadisə yaşadığı Lənkəran rayon Sutəmordov kəndi ərazisində baş verib. Yol polisi onu reyd zamanı saxlayıb: “Mənə dedilər ki, kəmər bağlamamısan. Amma mən də bildirdim ki, baxın, hətta kəmər qapıdan çölə çıxıb, bağlamışdım. Sonra dedim ki, kəmər bağlamadığımı necə sübut edə bilərsiniz. Bu zaman onlardan biri dedi ki, bu içkilidir, aparın bunu”.
V.Qocayev bundan sonra bir neçə yol polisi əməkdaşı tərəfindən döyüldüyünü, kənd camaatının da hadisə yerinə gəldiyini və birtəhər polislərin əlindən qurtararaq rayon prokurorluğuna üzləşdiyi zorakılıqla bağlı şikayət etdiyini dedi.
Saytın əməkdaşı baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbaut xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə də əlaqə saxlayıb. O.Mansurzadə hadisənin diqqətdə saxlanılacağını və təfərrüatları barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə bildirib ki, əgər hadisə ilə bağlı prokurorluğa müraciət edilibsə, prokurorluq lazımı araşdırmanı aparıb verilmiş şikayətə də hüquqi qiymət verəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər