Qarşı yola çıxan avtobus sürücüsünə "dərs" (VİDEO)
31-05-2014, 14:35
Oxunub: 3 957
Avtobus sürücülərinin özbaşınalığı, qayda-qanun tanımadan sərnişindaşıma ilə məşğul olması artıq adi bir hala çevrilib
Hətta iş o yerə çatıb ki, hər gün avtobus qəzası barədə xəbər eşitməyəndə təəccüblənirik. Çünki belə nizam-intizamsız sürücülərin idarə etdiyi avtobusda sağ-salaman mənzil başına çatmaq əsl möcüzədir. Baxmayaraq ki, onlar haqqında nə qədər deyilir, yazılır, çəkilib göstərilir, lakin müsbət tərəfə dəyişən heç nə yoxdur. Əksinə, vəziyyət daha da pisləşir.
Avtobus sürücüləri bütün qaydalara qarşı çıxır və sanki elə bu cür də olmalıdır. Bütün bunlar isə yol polisinin gözü və kameraları qarşısında baş verir. Avtosfer.az-ın məlumatına görə, bu dəfə 166 saylı avtobus sürücüsünün törətdiyi kobud qayda pozuntusu və yaratdığı qəza şəraitini bizim kameralarımız görə bilib. Zabrat qəsəbəsində qoşa xəttin tələbini pozaraq əks yola çıxan avtobusun sürücüsü onun qarşısını kəsən sürücüyə hədə-qorxu gəlməyi də unutmur. Sonra isə heç bir fayda olmadığını görüb xahiş edir. Amma onan yolunu kəsən sürücü yenə də yoldan çəkilmir. Nəhayət, bunu görən avtobus sürücüsü öz yoluna qayıtmalı olur. Lakin onun davranışlarından hiss olunur ki, sürücü bu hadisədən çox narazıdır və istəyir ki, hər kəs yoldan çəkilsin, ona yol versin. Sanki elə belə də olmalıdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər