Bakıda uçan keçidi iş adamı villasına birləşdiribmiş (VİDEO)
3-06-2014, 08:55
Oxunub: 4 436
Dünən Bakı-Salyan şosesində, Şıx ərazisində, “Min bir gecə” istirahət mərkəzinin yaxınlığında uçan kecidlə bağlı sensasion təfərrüat bəlli olub
Avropa.info-nun əldə etdiyi məlumata görə, nə qədər qəribə səslənsə də, dünən uçan keçid dövlət tərəfindən ayrılan vəsaitlə deyil, tanınmış iş adamı Fuad Əfəndiyevin şəxsi pulu ilə tikilibmiş.
Belə ki, Bakı-Salyan şossesi yenidən təmir olunub, genişləndirilərkən "Lider Kola" Şirkətinin sahibi olan Fuad Əfəndiyevin həmin ərazidə olan şəxsi torpaq sahəsinin bir hissəsi plana düşüb. Bu zaman iş adamı ilə " Azəryol servis" ASC arasında narazılıq yaşanıb. Şıx ərazisində böyük torpaq sahəsi və demək olar ki "villa şəhərciyi" olan Fuad Əfəndiyev sonda "Azəryolsevis" ASC ilə razılaşma əldə edib. Həmin razılaşmaya əsasən, yolun genişləndirilməsi zamanı plana düşən torpaqlarının əvəzində Fuad Əfəndiyevə "villa şəhərçiyi"ni dənizlə bağlamaq üçün keçid tikməyə icazə verilir. "Azəryolservis"in əvvəlki planında isə həmin ərazidə keçid tikmək yox imiş.
Məlumata görə, uçan keçiddən əsasən, Fuad Əfəndiyevin yaxınları istifadə edirmiş. Çünki , keçidin yaxınlığındakı villaların hamısı demək olar ki, Əfəndiyevlər ailəsinə məxsusdur.
Əldə etdiyimiz başqa bir məlumatda isə bildirilir ki, Fuad Əfəndiyevin son dövrlər bir çox məmur -oliqarxlarla münasibətləri kəskinləşib. Hətta onun sahibi olduğu "Lider Kola" Şirkətinin ciddi maneələrlə üzləşdiyi bildirilir. Xatırladaq ki, Fuad Əfəndiyev əslən Bakı şəhərindəndir.
Qeyd edək ki, yükqaldırıcı kranın zərblə piyadalar üçün nəzərdə tutulmuş keçidə dəyməsi nəticəsində istifadəyə verilməmiş yol qurğusu uçub. Hadisə nəticəsində yolun əks istiqamətində hərəkət edən "Mercedes" markalı yük maşını əzilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər