Şeyxdən İŞİD açıqlaması - “Allah onların...”+Video
14-06-2014, 10:15
Oxunub: 4 552
Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İraqa getməməyi məsləhət görübBütün Qafqazın Şeyxi Allahşükür Paşazadə "İraq Şam İslam Dövləti" (İŞİD) silahlı qruplaşmasının İraqda apardığı qanlı zorakılıqlara münasibət bildirib.
Bolgexeber.com-un ans-ə istinadən verdiyi məlumata görə, Şeyx vurğulayıb ki, qruplaşma din uğrunda döyüşmür, onlar siyasət girovlarıdır:
“Hər hansı müsəlman, özünə müsəlman deyərək bir qardaşının və insanın qanını tökürsə, bu adam kafirdir. Bu gün dünyada din pərdəsi altında törədilən zorakılıq üstünlük təşkil edir. Hazırda Suriyada, İraqda, Kərkükdə, Mosulda öldürülən insanlar haqsız yerə qətlə yetirilir. Təbii ki, buna görə Allah onların cəzasını verəcək”.
Qeyd edək ki, İraqda yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İraqa getməməyi məsləhət görüb.
Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev hazırda İraqda ölkə vətəndaşlarının olub-olmadığını araşdırdıqlarını da bildirib.
Xatırladaq ki, terrorçu qruplaşma adlandırılan İŞİD bir neçə İraq şəhərini nəzarəti altına alıb. Terrorçu qruplaşma şiə təriqətindən olan müsəlmanlara qarşı amansız olacağını bəyan edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər