Ərəb uşağının terrorçuya ürəkağrıdan sualı: "Ata-anamı niyə öldürdün?" - (Video)
16-06-2014, 13:40
Oxunub: 4 628
İraq ordusu Neynəva vilayətini işğal etmiş İŞİD terrorçularını zərərsizləşdirməkdə davam edir
Ordu qüvvələrinin apardığı anti-terror əməliyyatları zamanı Mosul, Tikrit və Kərkük demək olar ki, terrorçulardan təmizlənib. Şəhərlərdə gedən döyüşlərdə xeyli sayda terrorçu məhv edilib, bir qisim silahlı isə sağ ələ keçib.
Ötən gün İraq ordusu sadə vətəndaşları qətlə yetirmiş terrorçuları xalq arasına çıxarıb. İraqlıların terrorçulara dediyi sözlər isə ürək ağrısı ilə qarşılanıb.
Aşağıda izləyəcəyiniz görüntülərdə İraq xüsusi təyinatlılarının Mosulda ələ keçirdiyi "İŞİD" terorçuları ilə yerli əhalinin üzləşməsi öz əksini tapıb.
Terrorçulara ik olaraq həyat yoldaşı sadə bir fəhlə olan qadın yaxınaşır və ərinin ölümündən danışır. O, hadisəni gözünün qarşısında belə canlandırır: "Səs gəldi və ərim çölə çıxdı. Sonra bu qansızlar onu öldürdülər. Nə üçün onu öldürdün? Sonra bütün ailəsini itirmiş uşaq da eyni zamanda terorçuları tanıyır və nədən günahsız yerə valideynlərinin öldürdüklərini onlardan soruşur: "Anamı, atamı nə üçün öldürdünüz? İndi mən onları öpmək üçün neyləyəcəm? Sizdən soruşuram, nə üçün? Allahın lənətinə gələsiniz. Mən bundan sonra neyləyəcəm? Sizin qətlinizə kim cavab verəcək?"
Digər bir qadın da ailəsini itirmiş iraqlıdır və terrorçulara ürək sözü belə olur: "Siz insan deyilsiniz? Sizin ailəniz, ananız, bacınız yoxdurmu? Siz bundan sonra necə insan olaraq yemək-yeyib su içəcəksiniz? Sizdə insanlıq deyilən heç nə yoxdur? Allah sizə lənət etsin"
azadxeber.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər