Yol polisi maşını qanunsuz evakuasiya edərkən yaxalandı -VİDEO
19-06-2014, 12:55
Oxunub: 4 604
Qanuni iş görürsə niyə protokol yazmır, qanunsuz iş görürsə bəxtini bir də sınasın
Son zamanlar yol polislərinin qanunsuz hərəkətləri barədə informasiyaların sayı artır. Xüsusən də, avtomobillərin evakuaisyası zamanı ortaya çıxan biabırçı mənzərə hər kəsin narazılğını səbəb olur. Belə hadisələrdən biri də iyunun 16-da, paytaxtın Yasamal rayon, Ələskər Ələkbərov küçəsində, «Space» TV-nın yaxınlığında baş verib. Yol kənarında dayanmış «VAZ-2104 markalı avtomobilin evakuasiya olunması ilə bağlı polis əməkdaşı göstəriş verib. Lakin maraqlısı budur ki, maşının saxlandığı ərazidə park etməklə bağlı hər hansı qadağanedici yol nişanı yoxdur. Maşının evakuatora çıxarılması zamanı sahibinin oraya özünü çatdırması isə polis əməkdaşının geri addım atmasına səbəb olub. Beləliklə, maşının saxlandığı yerdə qadağanedici nişanın olmamasını əsas gətirən sürücü maşınının evakuasiya olunmasının qarşısını alıb.
Qanunvericiliyə görə, evakuasiya zamanı avtomobil hətta evakuatora yüklənmiş vəhiyyətdə olsa belə, sürücü yaxınlaşırsa avtomobil yerə düşürülməlidir. Bundan sonra evakuasiyanı həyata keçirən polis əməkdaşı həmin sürücüyə dayanma-durma qaydalarını pozduğuna görə 20 manatlıq cərimə protokolu yazmalıdır. Amma bu görüntülərdən məlum olur ki, həmin ərazidə dayanma-durmanı qadağan edən yol nişanı yoxdur. Sürücü yaxınlaşdıqda isə polisin göstərişi ilə maşın evakuatordan düşürülür və onlar çıxıb gedirlər. Sual yaranır ki, əgər evakuasiya qanuni idisə nə üçün maşını yerə düşürəndən sonra sürücüyə protokol yazılmadı? Qanunsuz idisə, o zaman bəxtini bir daha sına…
Hadisə yerində olan Avtosfer.az-ın əməkdaşının lentə aldığı videonu sizə təqdim edirik.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər