"Merac Holding"- in rəhbərinin 24 minlik rüşvət videosu
26-06-2014, 12:00
Oxunub: 9 211
Bir müddət əvvəl Baş Prokurorluq “Merac Holdinq”-in rəhbəri Səbuhi Əliyevin həbs olunması ilə bağlı xəbər yaydı.
Bolgexeber.com aktual.az-a istinadən xəbər verir ki, Bakıda fəaliyyət göstərən ASC əməkdaşlarından biri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Səbuhi Əliyevdən şikayət edib.
Şikayətçi “Merac Holdinq” şirkəti rəhbərinin, yaşayış evlərinin tikintisini onlara həvalə etmək üçün 24 min 480 manat pul istədiyini bildirib.
İşi icrasına götürmək istəyən şirkətin əməkdaşı 204 mənzilin tikintisinin, onlara hansı şərtlə veriləcəyi ilə maraqlanıb. Səbuhi Əliyev işə başlamaq üçün 204 mənzilin hər birinə görə 120 manat avans ödənilməli olduğunu deyib. Şikayətçi tələb olunan pulu şirkət rəhbərinə verib. Bundan sonra “Merac Holdinq” şirkətinin rəhbəri Səbuhi Əliyevin iş otağına Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları daxil olublar.
Səbuhi Əliyevdən vətəndaşdan külli miqdarda pul almasının səbəbini soruşanda o, gələn adamın holdinqin işinə yardım etməsini xahiş etdiyini deyib. Səbuhi Əliyevin iş otağına və evinə baxış keçirilərkən, oradan ayrı-ayrı vətəndaşlara aid şəxsiyyət vəsiqələri, hərbi biletlərin surətləri, tibbi arayışlar, ailə tərkibi haqqında arayışlar və müxtəlif foto-şəkillər aşkar edilərək götürülüb.
Aşkar olunan faktlarla əlaqədar Respublika baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə maddələri ilə cinayət işi başlanıb.
İstintaq araşdırmaları davam edir:
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər