BolgeXeber.Com » BÖLGƏ TV » Gecələr ulayan gənclərin dərdinə əlac olacaqmı? - VİDEO

Gecələr ulayan gənclərin dərdinə əlac olacaqmı? - VİDEO

29-06-2014, 11:40
Oxunub: 3 684 Psixoloq Vəfa Əkbər: "Onlar gündüz daha pozitiv olurlar"

Son zamanlar qeyri-adi davranışlı gənclərin sayı təəssüf ki, çoxalır. Psixoloqlar heyvanı instinktlərin qarşısının alınması üçün vaxtında həkimlərin köməyindən yararlanmağa çağırır.

Gecələr ulayan 20 yaşlı Turqut İsgəndərovdur. Artıq 3 ildir ki, Turqut qaş qaralan vaxtı qeyri-adi hərəkətlər edir. Ənzilə xanım deyir ki, oğlunun belə olmasına səbəb, 3 il bundan əvvəl gördüyü qorxulu yuxudur. Elə bundan sonra da Turqut gecələrini ulamaqla keçirir. Hələ bu son deyil. Belə qeyri-adi hərəkətlər edənlərdən biri də İmişlidə yeni evlənən cütlük idi. Turqutdan fərqli olaraq onların dərdinə əlac tapıldı. Belə ki, bəy və gəlin toyun səhəri günü həyətdəki ağaca çıxaraq canavar kimi ulamağa başlayıb.

Bir neçə heyvanı təqlid edən cavanlara, həmin vaxt bir kimsə, yaxınlaşmağa belə cürət etmirmiş. Belə bir vəziyyətlə üzləşən ailələrin isə əl atmadığı yol qalmayıb. Psixoloqlar son zamanlar belə qeri-adi hərəkətlərilə diqqəti cəlb edən insanların sayının artmasını qeyd edir.

Psixoloq Vəfa Əkbər deyir ki, bioloji saat deyilən bir şey var: “Onlar gündüz daha pozitiv olurlar. Axşam olanda isə başlayırlar ulamağa”.

İkinci səbəb isə onların aldıqları psixoloji zədələrdir. Məhz bu zərbələr də, onların sonradan hərəkətlərinə və düşüncələrinə təsir edə bilər. Psixoloq belə insanlarla davranışda diqqətli olmağı məsləhət görür.

Vəfa Əkbərin sözlərinə görə, ilk olaraq mütəxəssisə müraciət olunmalıdır: “Biz müalicə edirik. Ola bilər ki, o insanları yenidən cəmiyyətə qaytarım”.

Vəfa xanım, bu məsələdə xüsusilə valideynlərin ciddi olmağını məsələhət görür. Övladlarında bu kimi halları müşahidə edən böyüklər, mütləq onları psixoloqa göstərməlidirlər. Belə xəstəlik nə qədər tez aşkar olunsa, onun müalicəsi də bir o qədər asan olur. (ans)