BolgeXeber.Com » BÖLGƏ TV » Lerikdə məmur özbaşınalğı pik həddə çatıb-ŞİKAYƏT(VİDEO)

Lerikdə məmur özbaşınalğı pik həddə çatıb-ŞİKAYƏT(VİDEO)

1-07-2014, 10:20
Oxunub: 4 511 Rayon mərkəzi sayılan şəhid Valeh Müslümov adına küçə zibilliyə çevrilib

Lerik rayon icra başçısının idarəçiliyi itirməsi ilə bağlı şikayət daxil olub. Şikayətçi Aydın Məmmədovun dediyinə görə rayonda özbaşınalıq və xaos-rüşvətxorluğun höküm sürməsi sakinlərin səbr kasasının dolmasına gətirib çıxarıb. Çünki, rayonda məmur özbaşınalığı,yerli əhalinin incidilməsi,küçələrin zibil içində olması deyilənlərə bariz nümunədi. Aydın Məmmədov bildirir ki, dağların qoynunda yerləşən,öz gözəl təbiəti ilə turistlərin məkanına çevrilən rayon baxımsızlıqdan döyüş yerinə mənzəyir. Bunların da hamısını yaradan icra başçısıdı. Çünki icra başçısı gününün çoxunu yeyib-içməklə keçirir. Əhalinin dərdi-səri onu maraqlandırmır. Bu haqda nə qədər şikayətçi olsaqda səsimizi eşidən yoxdu...Bildirək ki, əməkdaşlarımız adıçəkilən rayonda digər şikayətçilərlə də görüşüb çəklişlər aparıblar. Yaranmış vəziyyətlə bağlı Lerik rayon icra başçısının humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova ilə telefon əlaqəsi yaradıblar. Arzu xanım əməkdaşlarımızın ondan icazəsiz Lerik rayonunada olduğuna qəzəblənərək, onları bundan sonra rayona girməsinə qadağa qoyub. Bərəkallah- buda ölkəmizdə yaşanan məmur jurnalist münasiməti təssüff hissilə qeyd etmək yerinə düşər... (azerbaycaninfo.com)
Şikayətçi Aydın Məmmədovun rayonda baş verən özbaşInalIqlarla bağlI müsahibəsi olduğu kimi təqdim edirik: