Başına şal bağlayıb mağazadan oğurluq etdi- Göygöldə (VİDEO)
1-07-2014, 16:05
Oxunub: 5 008
Göygöldə oğurluq hadisəsi baş verib
Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə hadisə rayonun mərkəzində baş verib. Göygöl şəhər sakini, Emin Haqverdiyev polisə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus mağazadan 900 manat pul, telefon danışıq kartları və müxtəlif ərzaq məhsulları oğurlanıb. Zərərçəkmişin müraciəti əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq faktının üstü açılıb. Məlum olub ki, mağazadan oğurluq edən şəxs rayon sakini, 1984-cü il təvəllüdlü Elşən Hacıyevdır.
Elşən Hacıyevin saxlanılması üçün əməliyyat keçirilib. Elşən bıçaqla zor tətbiq edərək onların həyatı üçün təhlükə yaradıb. Elşən Hacıyev əməlini etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə ittiham elan edilib.
Elşən Hacıyev ifadə verərəkən bildirib ki, mağazaya anbardan daxil olub və bu zaman mağazanın müşahidə kamerasına düşməməsi üçün başına şal bağlayıb.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
apa
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər