Şəhid ailələri 11000 manatlarını ala bilmirlər – video
2-07-2014, 15:15
Oxunub: 4 689
Şikayətçilərin ümidi Milli Məclisin növbəti iclasına qalıb
Şəhid ailələri onlar üçün nəzərdə tutulmuş sığorta pulunu ala bilmir.İki ilə yaxındır ki, bir qrup şəhid ailələri onlar üçün nəzərdə tutulmuş sığorta məbləğini əldə edə bilmir.
Müharibə dövründə yaxınlarını itirmiş ailələrə sığorta pulu ayrıldığını eşidəndə onlar Dövlət Sığorta Şirkətinə müraciət ediblər. Ancaq heç bir manat da ala bilmədiklərini görən ailələr üz tutublar məhkəməyə. İki il ərzində ayrı-ayrı vaxtlarda hər bir şikayətçi qətnamə ilə təmin olunub.
Məhkəmə qətnaməsinə görə şahid ailələrinə 11000 manat məbləğində ödəniş olunmalıdır. Amma işin icrası hələ də qalmaqdadır.
Dövlət Sığorta Şirkətindən məsələnin təfərrüatlarını öyrənmək istəsək də sədr yerində olmadı. Sədr müavini Aftandil Hacıyev şikayətçiləri qəbul edib bildirdi ki, Dövlət Sığorta Şirkəti sülh dövründə hərbiçilərin yaralanması və ya şəhid olması zamanı sığorta pulu ödəyir. Ancaq hazırki vəziyyət 1992-93-cü illərdə şəhid olmuş şəxslərlə bağlıdır. Buna baxmayaraq dövlət vəsaiti ayrılarsa onda hər bir şəhid ailəsi onlar üçün nəzərdə tutulmuş məbləği əldə edəcək.
Şikayətçilərin isə ümidi Milli Məclisin növbəti iclasına qalıb. Məsələ müzakirəyə çıxarıldıqdan və bütün ödəniş qaydaları müəyyənləşdikdən sonra onlar üçün ayrılmış sığorta pulları ödəniləcək. Hələliksə şəhid yaxınlarına səbr etmək qalır.
ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər