Yeni Qala sakinləri yay günü susuz qalıb - Video
3-07-2014, 16:00
Oxunub: 4 984
Sakinlər bir maşın suya 25-30 manat pul verilir
İsti yay günlərində Bakının bir qəsəbəsi susuz qalıb. Xəzər rayonu Yeni Qala qəsəbəsi Əliağa Vahid küçəsinin sakinləri qəsəbənin yarandığı gündən heç vaxt su görmədiyini deyirlər. Son 2 ildə isə qəsəbəyə “Azərsu” işçiləri gələrək su çəkilişi ilə bağlı baxış keçiriblər və əsas su boruları da çəkilib. Ancaq bunu bütün küçələrə aid etmək olmaz. Sakinlər deyir ki, bəzi evlərə əsas xətdən borular çəkilərək sayğac da quraşdırılıb. Xeyli mənzil isə su üzünə həsrətdir. Şikayətçilərin sözlərinə görə, əhali qazancını əsasən suya olan ehtiyacını ödəmək üçün sərf edir. Qışda bir maşın su ilə keçinə bilsələr də, yay aylarında bu ehtiyac iki qat artır. Bir maşın suya isə 25-30 manat pul verilir.
Sakinləri daha çox maraqlandıran isə odur ki, əgər əsas xətlər çəkilibsə onda niyə evlərə suyun verilməsi işi yarımçıq saxlanılır?
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildirilib ki, dövlət proqramına əsasən bütün qəsəbələrdə kanalizasiya və su xətlərinin çəkilişi mərhələli şəkildə aparılır. Elə sözügedən qəsəbədə də əsas su boruları çəkilib. Sadəcə evlərdə sayğaclaşma işləri və suyun verilməsi qalıb. Bu isə 15-20 gün ərzində həll olunacaq. Ancaq qəsəbədə elə küçələr var ki, əsas su və kanalizasiya xəttləri hələlik çəkilməyib. Bir il müddətinə isə həmin ərazilərdə də işlərə başlanılacaq.
Hər halda sakinlərin bir qismi suya qovuşsa da digərləri hələ bir müddət gözləməli olacaq. Ümid edirik problemin həlli deyilən vaxtdan çox çəkməz.ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər