Ukrayna ordusu Slavyanskı azad etdi-VİDEO
5-07-2014, 15:25
Oxunub: 4 656
Ukraynanın şərqində aprel ayından separatçıların nəzarətində olan Slavyansk şəhəri azad edilib
Bu haqda Ukraynanın UNIAN informasiya agentliyi xəbər verir. Şahidlərin sözlərinə görə, Slavyanskda iki tank, bir BTR, üç yük və bir neçə minik maşını var.Bundan əvvəl Ukraynanın müdafiə naziri Valeri Qeletey prezident Pyotr Poroşenkoya Slavyanskın Nikoloyevka qəsəbəsinin azad edilməsi ilə bağlı məruzə edib. Nazir bildirib ki, əməliyyat zamanı qanunsuz silahlı birləşmələrin 50-dən çox üzvü, o cümlədən bir qrup Rusiya vətəndaşı əsir götürülüb. İki sutka girovluqda olan 150 qadın və uşaq isə azad edilib.
Ukraynanın daxili işlər naziri Arsen Avakov son vəziyyətlə bağlı bildirib ki, Slavyanskdakı separatçıların başçısı, Rusiya vətəndaşı, «Strelkov» ləqəbli Igor Girkin qaçıb.
120 min nəfər əhalisi olan Slavyansk şəhəri Ukraynanın şərqində separatçıların tutduğu ilk şəhərlərdən olub. Separatçılar şəhəri aprelin 6-da ələ keçirmişdilər.
Prezident Poroşenko Slavyansk şəhər şurası üzərində Ukrayna bayrağının qaldırılmasına göstəriş verib.
azadliq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər