BolgeXeber.Com » BÖLGƏ TV » Cəlilabad rayon 30 saylı TSEK-in sədri danışdı-VİDEO

Cəlilabad rayon 30 saylı TSEK-in sədri danışdı-VİDEO

10-07-2014, 18:25
Oxunub: 5 725 Onlar hər cür yola əl atırlar ki,buradaki şəffaflığa xələl gətirsinlər

Bolgexeber.TV bildirir ki,Cəlilabad rayon 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri ilə köhnə işçilər arasında söz-söhbətlər yaranıb. Belə ki,30 saylı TSEK -in sədri Xoşbəxt Ağayevanın sözlərinə görə o bu vəzifəyə təyin olunduğu ilk gündən vəzifəsini layiqincə yerinə yetirməyə və işində məsuliyyətli olmağa çalışıb. Ancaq görünən odur ki,bu hal bir çox işbazların heç də ürəyincə olmayıb. Onlar hər cür yola əl atırlar ki,buradaki şəffaflığa xələl gətirsinlər. Müxtəlif,instansiyalara şikayət edərək,sədrin işindən razı olmadıqlarını bildiriblər. Buna səbəb isə sədrin onları işdən uzaqlaşdırmasıdır.

Xoşbəxt Ağayeva sözlərinə əlavə edərək bildirdi ki, “Komissiyamızda əlillər üçün hər bir şərait yaradılıb və onlar lazım olan vaxt buraya gəlib,müayinələrdən keçirlər. Ancaq söhbət əsl əlil olanlardan gedir, yəni onların xəstəliyi əlilliyin meyarlarına uyğun gəlməlidir. Son zamanlar bəziləri əyri yollara əl ataraq özlərinə yalançı əlillik sənədi düzətməyə çalışırlar. Ancaq nə qədər ki,mən burada sədr vəzifəsəndəyəm onların arzusu ürəklərində qalacaq”

Son olaraq xanım sədr onu da vurğuladı ki,bizim komissiyyamızda hər zaman təmiz, şəffaf iş görülür və bu hər zaman dəyişilməz olaraq qalacaq!


Aytən Yaşar
Ayyət Şükürlü

Bolgexeber.TV