Azərbaycanlı "kəşfiyyatçı" KamAZ sürücüsü çıxdı (VİDEO)
11-07-2014, 17:50
Oxunub: 5 283
Cəbhə xəttində Ermənistan tərəfinə əsir düşdüyü deyilən Şahbaz Quliyev əslən Tərtərin Qapanlı kəndindəndir. ANS TV-nin əməkdaşları onun yaxınları ilə görüşüb. Şahbaz Quliyevin əsir düşməsindən xəbərsiz olan yaxınları onun diversant olduğu barədə erməni mətbuatının yaydığı iddiaların əsassız olduğunu bildirib. Ş.Quliyevin əmisi oğlu Natiq Quliyev onun KamAZ sürücüsü olduğunu, bu yolla ailəsini dolandırdığını bildirdi.
Natiq Quliyevin sözlərinə görə, Şahbaz Quliyev keçən ayın 20-də qardaşları ilə bir yerdə olub.
Xatırladaq ki, bu gün cəbhə xəttində bir azərbaycanlının Ermənistan tərəfə əsir düşdüyü deyilirdi. Ermənistan mətbuatı əsir düşən şəxsin 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu olduğunu yazır.
Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür.
Azərbaycan Müdafiə Nazirliyi isə açıqlama verib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər