Mehman Hüseynov: “Səyyad Əlizadə cahil adamdır”
12-07-2014, 15:45
Oxunub: 5 080
“Dava-dalaşa səbəb olan çarxı hazırlayarkən onu təhqir etməyi nəzərdə tutmamışam"
“Bu insan yenə də gündəmə gəlmək üçün bu cür axırıncı yola əl atır. İlk növbədə tərbiyəsizin böyüyü onun özüdür. O, təkcə tərbiyəsiz deyil, həm də savadsızdır. Çünki tərbiyəsizliyi yaradıcılıqdan ayıra bilməyəcək qədər cahildir”.
Bu sözləri Axar.az-a açıqlamasında tanınmış bloqçu Mehman Hüseynov müğənni Səyyad Əlizadənin onun barəsində söylədiklərinə münasibət bildirərkən dedi. Bloqçu onu da bildirdi ki, Səyyad Əlizadə onun adı ilə gündəmə gəlmək niyyətindədir:
“Dava-dalaşa səbəb olan çarxı hazırlayarkən onu təhqir etməyi nəzərdə tutmamışam. Çəkdiyimiz video-çarx dünyanın bütün normal ölkələrində qəbul edilən, alqışlanan yaradıcılıq növü sayılır. Səyyad Əlizadə bu yaradıcılığı anlamırsa, bu bizim problemimiz deyil. Hər müsahibəsində mənə bu cür söz atmaqla yenidən gündəmə gəlmək istəməsi yəqin ki, hər kəsə aydındır”.
Mehman Hüseynov yaradıcı fəaliyyət ilə tərbiyəsizliyi ayırd edə bilməməyin gülünc olduğunu deyib:
“Mənə minnət qoymasın, getsin, versin məhkəməyə. Mən ona efirdə də bildirmişəm ki, get, ver məhkəməyə, görək nə edəcəksən. Məhkəməyə versə, öz sənətini öz əlləri ilə bitirəcək. Çünki yaradıcı fəaliyyətlə məşğul olduğu üçün bir insanı məhkəməyə verən şəxs mütləq gülüş obyektinə çevriləcək”.
Xatırladaq ki, Mehman Hüseynov ilə Səyyad Əlizadənin arasındakı söz davası bloqçunun 2012-ci ildə hazırladığı və müğənninin klipini tənqid edən videodan sonra yaranıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər