BolgeXeber.Com » BÖLGƏ TV » Xoşqədəm Hidayətqızından prezidentə şikayət - VİDEO

Xoşqədəm Hidayətqızından prezidentə şikayət - VİDEO

17-07-2014, 17:40
Oxunub: 5 071 "Ərizələrimizdə cinayət faktları ilə əlaqədar bütün rəsmi faktlar sizlərə ünvanlanıb"

Bir müddət əvvəl mətbuatda Abşeron rayonunun Saray qəsəbəsində mülkiyyət hüququ ilə özünə məxsus olan evin sökülməsində ATV-nin “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızını günahlandıran Saray qəsəbəsi, Mir Cəlal Paşayev küçəsi ev 1-də yaşayan Xaqani Hüseynov Azərbaycan Prezidentinə şikayət və videomüraciət edib. Onun şikayətini və müraciətini olduğu kimi təqdim edirik:

“2014-cü il may ayında Saray qəsəbəsində yerləşən bütün qanuni tələblərə uyğun olan şəxsi mənzilimin quldurluqla uçurdulub dağıdılaraq, daş və digər materialları da oğurlanaraq məlum şəxsin həyatyani torpaq sahəsində gizlədilməsi, mənə və yaxınlarıma maddi-mənəvi zərər vurulması, xəsarətlər yetirilməsi, ölümlə hədələnmə və digər cinayət faktları ilə bağlı sizlərə – bütün aidiyyatı orqanlara şikayətim qanunvericiliklə nəzərdə tutulmuş bir ay müddətdən artıq vaxt keçməsinə baxmayaraq hələ bu məsələyə həmin şəxslər vəzifəli şəxslər olduğu üçün baxılmamışdır. Belə ki, Abşeron rayon Prokurorunun köməkçisi Nail müəllim məni dəvət edərək hadisəylə bağlı məlumat aldı, lakin izahat verməyimə imkan yaratmadı və eyni rayonda olduğu üçün heç bir tədbir görülmədi. Ərizələrimizdə cinayət faktları ilə əlaqədar bütün rəsmi faktlar sizlərə ünvanlanıb. Vüqar və polis kapitanı Bədrəddin mənə təyziqlər etmiş, mənəvi cəhətdən məni sarsıtmış, psixoloji gərginlik və qorxu-stress vəziyyətində saxlamış və bu səbəbdən də ağır şəkər xəstəliyinə düçar oldum. Vüqar hadisə zamanı məni güllə ilə öz dili ilə desək “süsgəc” aşsüzən edəcəyini qətiyyətlə bildirdi və qardaşımın üstə hücum cəkərək yumruq-təpiklərlə zərbələr endirərək köynəyini də cırdılar.

Bu cinayət hadisəsinin araşdırılmaması , təhlükəsizliyimin təmin edilməməsi, heç kimin cinayət məsuliyyətinə cəlb edilməməsi, əksinə mənə qarşı maddi və mənəvi ziyan vurulmasının daha da şiddətli hal alması , sağalmaz şəkər xəstəliyinə məruz qoyulmağım məni özümü öldürmək həddinə çatdırmışdır. İntihar etməzdən əvəəl son ümidimi itirməyərək Sizlərdən köməklik gözləyirəm.“ (faktxeber.com)