Azərbaycanlılar gecələr Qafana girir - Video
21-07-2014, 16:45
Oxunub: 4 168
Ermənistanın Qafan rayonunda olmuş rusiyalı bloger Sergey Yevstifeyev Qacaran şəhərinə baş çəkərkən azərbaycanlılar barədə qəribə əhvalatlar eşidib
Rusiyalı bloger vaxtı ilə azərbaycanlıların yaşadığı Qacaran şəhərindən dağlarla Naxçıvana keçmək istədiyini bildirib. Lakin Qafan sakini David Bağdasaryan bunu məsləhət görməyib və yuxarıda Azərbaycanın hərbi postlarının olduğunu söyləyib. “Səni erməni sayıb ya vurarlar, ya da əsir götürərlər” deyən yaşlı erməni azərbaycanlıların belə sərt davranışının səbəblərini izah edib.
Sən demə, Qarabağ münaqişəsinin ilk illərində bir dəstə gənc erməni dağlara qalxaraq qoyun otaran bir neçə azərbaycanlını öldürür, bir çobanı sağ buraxırlar. Çoban söz verir ki, onlara yeni sürülər gətirəcək. Ertəsi gün erməni gəncləri yenidən dağlara qalxır və bu dəfə sürülərin içindən 10-15 silahlı azərbaycanlı çıxaraq erməniləri öldürür.
David Bağdasaryan həmin vaxtdan azərbaycanlıların Naxçıvan sərhədini çox ciddi qoruduqlarını bildirir. “Onlar bura da gəlirlər. Yolları çox yaxşı tanıyırlar. Necə gəlib-getdiklərini anlaya bilmirik. Onların burda qəbristanlığı var, bəzi qəbirlər dağıdılsa da, bəziləri durur. Gəlib qəbirlərinin üstünə gül qoyurlar. Biz burda yatdığımız zamanı onlar küçələrmizdə gəzirlər, istənilən vaxt bizi öldürə bilərlər, amma bunu etmirlər”,- deyən yaşlı erməni Ermənistanın özünü qorumağa gücü olmadığını vurğulayıb.
ANS
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər