BolgeXeber.Com » BÖLGƏ TV » Belə «mədəni» sürücü görmüşdünüz? - VİDEO

Belə «mədəni» sürücü görmüşdünüz? - VİDEO

23-07-2014, 14:40
Oxunub: 5 188 Bu video iyulun 21-də səhər saatlarında Təhsil Nazirliyinin yaxınlığında çəkilib. Oxuculardan birinin göndərdiyi videonu ona görə təqdim edirik ki, həm bu sürücü öz əməllərinə kənardan baxıb nəticə çıxarsın, həm də digərləri. Bəlkə də, çoxları bu hərəkətləri dəfələrlə edir, amma heç vaxt kənardan bu hərəkətin necə göründüyünü dərk etmirlər. Elə isə buyurun, baxın və fikrinizi yazın görək, kənardan necə görünür bu mənzərə? Görəsən, bu sürücüyə nə olub ki, dayanmadan sağa-sola salfet tullayır, insanların gözü qarşısında iyrənc hərəkətlər edir?

Yeri gəlmişkən, artıq bu videomaterial Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə təqdim olunub. Sürücünün tapılıb məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Nəticəsi barədə məlumat verəcyik.

Qeyd edək ki, avtomobildən küçəyə hər hansı tullantı atmağa görə İnzibati Xətalar Məcəlləsində sürücülər üçün 40, sərnişinlər üçün isə 30 manat cərimə nəzərdə tutulur. Cərimə bir yana, bu videonu yaymaqla həmin sürücünü mənəvi şəkildə cəzalandırmaq 40 manatdan qat-qat üstün olardı.