BolgeXeber.Com » BÖLGƏ TV » Yol polisinin gözü qarşısında kütləvi qayda pozuntusu - VİDEO

Yol polisinin gözü qarşısında kütləvi qayda pozuntusu - VİDEO

24-07-2014, 18:20
Oxunub: 3 468 Səkkiz avtomobil qarşı yola çıxaraq DYP maşının ətrafında hərəkət edir

İzdədiyiniz bu video Bakının mərkəzi küçələrindən birində çəkilib. Oxuculardan birinin saytına göndərdiyi videoda sürücülərin qarşı yola çıxaraq kütləvi şəkildə qəza şəraiti yaradaraq qayda pozduqları görünür. Tıxac yarandığını görən hövsələsiz sürücülər qoşa xəttin tələbini pozaraq qarşı yola çıxırlar və sürətlə hərəkət edirlər. Bu zaman onların arxasınca yol polisi maşını hərəkət edir. DYP maşını qayda pozanları məsuliyyətə cəlb edib yolu boşaltmağı tələb etmək əvəzinə elə özü də onlara qoşulur. Göründüyü kimi, sürücülər hətta DYP maşınının arxasınca da eyni hərəkətləri davam etdirib qarşı yolda hərəkət edirlər. Qaydanı ilk pozan isə avtobus olur. Onun ardınca 7 avtomobil də qarşı yola çıxaraq hərəkət edir. Bu, əlbəttə, birmənalı olaraq yol hərəkəti qaydalarının kütləvi şəkildə pozulmasıdır. İnzibati Xətalar Məcəlləsinin 151.3-1-ci maddəsinə əsasən, həmin sürücüləri 100 manat və 4 bal cərimə gözləyir. Təbii ki, qanun qayda pozuntusu kütləvidir deyə heç kəsi məsuliyyətdən azad etmir.
avtosfer.az